Azərbaycana soyuq hava dalğası gəlir
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü qar yağışı və kəskin şaxtalı hava şəraiti bölgədə hava proseslərinə təsiri ilə diqqət çəkir. Bu fondda sözügedən hava sistemlərinin Azərbaycana mümkün təsirləri maraq doğurur.
AZ24.az xəbər verir ki, meteoroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrdə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti eyni dərəcədə ölkəmizə təsir göstərməsə də, meteoroloji proqnozlara əsasən, bu soyuq hava dalğası özünü iki mərhələdə büruzə verəcək.
Onun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olan hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda və Xəzər dənizinin təsiri ilə çox vaxt öz termodinamik xüsusiyyətlərini dəyişir:
“Türkiyədə hökm sürən qarlı hava şəraiti və Rusiyadan (Moskvadan) gələn Arktika mənşəli soyuq hava kütlələri Azərbaycana yanvarın 17-si gündüzdən etibarən daxil olmağa başlayacaq və bu proses yanvarın 22-dək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8°C enəcək”.
Meteoroloq əlavə edib ki, Bakıya sulu qar, rayonlara qar yağacaq:
“Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi proqnozlaşdırılır.Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yüksək dağlıq ərazilərdə isə temperaturun mənfi 15-20°C-dək düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi temperaturun daha aşağı hiss olunmasına (effektiv temperatur) səbəb olacaq”.
Reklam
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Minimum əmək haqqı anlayışı dəyişdirildi
Bu yolda sürət həddi endirildi
İxtisar zamanı bu şəxslərə toxunulmayacaq
Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırılır?
Maaşlar ayda 2 dəfə veriləcək – YENİ QAYDA