Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı – VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri çərçivəsində Xarici Əlaqələr Assosiasiyasındakı görüşü zamanı Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayev onu ermənicə salamlayıb.
Az24.az xəbər verir ki, bununla bağlı görüntüləri “Sputnik Ermənistan” yayıb.
Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyən səfir çıxışına ingilis dilində davam edib.
Paşayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir:
“Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.
Qeyd edək ki, səfirimizin Paşinyanı ermənicə salamlaması erməni mediasında müzakirə mövzusuna çevrilib. (milli.az)
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı