Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsində İslandiyaya məğlub oldu

Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsində İslandiyaya məğlub oldu

İdman 13.11.2025 22:56 8

İkinci hissədə qapılara qol vurulmadı və qarşılaşma İslandiya millisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşdı.

Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsinin 9-cu turu sonunda turnirdə cəmi 1 xalla kifayətləndi. Komanda mərhələnin son oyununu 16 noyabrda Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa millisinə qarşı keçirəcək.

***

21:50

Qarşılaşmanın ilk hissəsi 0:2 hesabı ilə İslandiya millisinin xeyrinə başa çatıb. Qonaqların qollarını 20-ci dəqiqədə Qyudmundsson, 39-cu dəqiqədə isə İnqason vurub. Matçın ikinci hissəsi bir qədər sonra başlayacaq.

***

21:01

DÇ-2026 seçmə mərhələsində Azərbaycan–İslandiya qarşılaşmasına start verildi. Oyunu monteneqrolu hakim Nikola Dabanoviç idarə edir.

***

19:02

Azərbaycan milli komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxır. D qrupunda mübarizə aparan yığmamız Bakıda İslandiya ilə üz-üzə gəlir.

AZ24.az xəbər verir ki, görüş “Neftçi Arena”da keçirilir. Oyunun start fiti saat 21:00-da veriləcək.

Azərbaycan millisinin heyəti

Baş məşqçi Ayxan Abbasov bu oyun üçün aşağıdakı “11-liy”ə etimad göstərib:

12 – Aydın Bayramov
3 – Rüfət Abbasov
4 – Bəhlul Mustafazadə
5 – Anton Krivotsyuk
14 – Elvin Bədəlov
7 – Toral Bayramov
13 – Abbas Hüseynov
8 – Emin Mahmudov (k)
20 – Abdulla Xaybullayev
19 – Xəyal Əliyev
10 – Nəriman Axundzadə

Ehtiyat oyunçular:
Səlahət Ağayev, Rza Cəfərov, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Rüstəm Əhmədzadə, Bədavi Hüseynov, Anatoli Nuriyev, Rüfət Abdullazadə, Cəlal Hüseynov, Qismət Alıyev.

İslandiya millisinin start heyəti

1 – Elias Rafn Olafsson
14 – Mikael Egill Ellertsson
3 – Daniel Leo Qretarsson
5 – Sverrir İnqason
4 – Viktor Plasson
9 – Hakon Arnar Haraldsson
8 – İsak Berqmann Yohannesson
7 – Yohan Qudmunsson
20 – Kristian Hlinsson
10 – Albert Qudmunsson
22 – Andri Qudyonsen

Ehtiyat oyunçular:
Valdimarsson, Einarsson, Tordarson, Torstaynsson, Villumsson, S.Tordarson, Gunnarsson, Baldursson, Byarkason, D.Qudyonsen, Maqnusson.

Qeyd edək ki, D qrupunda Fransa 10 xalla liderlik edir. Ukrayna 7 xalla ikinci, İslandiya isə 4 xalla üçüncü pillədə qərarlaşıb. Azərbaycan millisi hələlik 1 xalla qrupun sonuncu sırasında yer alır.

Reklam