Azərbaycan kuboku: “Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı

Azərbaycan kuboku: “Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı

İdman 02.12.2025 22:01 3

Futbol üzrə Azərbaycan Kubokunda ikinci 1/4 finalçı müəyyənləşib. “Zirə” 1/8 finalda öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

AZ24.az xəbər verir ki, matçın yeganə qolunu 116-cı dəqiqədə Junior Martins vurub.

Qəsəbə təmsilçisi 1/4 finalda “Difai” – “Sumqayıt” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, 1/4 finala vəsiqə qazanan ilk komanda “Turan Tovuz” olub. Mərhələ dekabrın 4-də başa çatacaq.

Reklam