Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazandı
Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində uğurla çıxış edərək 5 medal əldə ediblər.
Az24.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.
Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.
Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi