Azərbaycan-İran sərhədində sıxlığının səbəbi məlum oldu
Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.
Az24.az APA-ya istinadən bildirir ki, Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.
Müraciətdən sonra hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri “Astara” dövlət sərhədi buraxılış məntəqəsində olaraq, mövcud vəziyyəti təhlil ediblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıxlıq, əsasən, İran İslam Respublikası tərəfində müşahidə olunur, ləngimələrə səbəb isə qarşı tərəfdə iş rejimindəki fasilələr və sərhədkeçmə proseslərində yaranan texniki məsələlərlə əlaqədardır.
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrində (Astara, Cənub-Astara, Biləsuvar) nəqliyyat vasitələrinin keçidi isə intensiv şəkildə təmin edilir, heç bir sıxlıq müşahidə olunmur.
Yeni istifadəyə verilmiş “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsi isə İran tərəfində təmir-tikinti işləri və texniki məsələlər yekunlaşmadığından tam gücü ilə fəaliyyət göstərə bilmir.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik