Azərbaycan ilk dəfə Ermənistana xal verdi
“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb.
AZ24.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib.
Xallar Leyla Adıgözəlzadə tərəfindən elan edilib.
Digər xallar isə belədir:
Albaniya – 10 xal
Gürcüstan – 8 xal
San Marino – 7 xal
Polşa – 6 xal
Fransa – 5 xal
İspaniya – 4 xal
Ermənistan – 3 xal
Kipr – 2 xal
Malta – 1 xal
Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, “Avroviziya 2009” mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadənin qızıdır.
Müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edir O, səhnəyə ikinci çıxıb. Yağmur həm Azərbaycan, həm də ingilis dillərində yazılmış “Miau Miau” mahnısını ifa edib. (axsam.az)
Reklam
Oxşar xəbərlər
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi – VİDEO
Vüqar Əhməd VİDEOAÇIQLAMA YAYDI
“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO
“Uşaq Avroviziya 2025”də səsləri onların qızı elan edəcək – FOTO
Bu şəxslərə pul ayrıldı – MƏBLƏĞLƏR
Ceki Çan Xəzər dənizinin sahilində film çəkəcək
Emin Əmrullayev təltif olundu – FOTOLAR
Mehriban Xanlarova istefa verdi – FOTO