Azərbaycan bu ölkəyə 800 milyon kubmetr qaz satacaq
Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq.
Az24.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, bu gün Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşüb.
Siyarto ölkəsinin Azərbaycandan yeni qaz alışı ilə bağlı növbəti razılaşma imzaladığını açıqlayıb. Nazir bildirib ki, Macarıstan 2026–2027-ci illəri əhatə edən iki il müddətinə Azərbaycandan ümumilikdə 800 milyon kubmetr təbii qaz alacaq.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MVM ONEnergy” şirkəti arasında razılaşmalar çərçivəsindəsaziş imzalanıb.
“MVM və SOCAR arasında saziş gündəlik 1,1 milyon kubmetr idxalı nəzərdə tutur”, – o dəqiqləşdirib.
Nazir qeyd edib ki, bu müqavilə Macarıstanın enerji təhlükəsizliyinin şaxələndirilməsi strategiyasının bir hissəsidir və Azərbaycan bu prosesdə əsas tərəfdaşlardan biridir.

Reklam
Oxşar xəbərlər
Rubl bahalaşdı, avro və lirə ucuzlaşdı – MƏZƏNNƏ
Qızıl rekord həddə bahalşdı
Rubl ucuzlaşdı, avro bahalaşdı – MƏZƏNNƏ
Kredit götürməyə tələsməyin – 2026 üçün narahatedici PROQNOZ
Avro bahalaşdı, lirə və rubl ucuzlaşdı
Avro bahalaşdı,rubl ucuzlaşdı – MƏZƏNNƏ
Mərkəzi Bank uçot dərəcəsini azaltdı