Azərbaycan bu ölkələrlə vizanı ləğv etdi – SİYAHI
Azərbaycan Milli Məclisi diplomatik və xidməti pasport sahibləri üçün bir sıra ölkələrlə vizanı qarşılıqlı ləğv edib.
Az24.az xəbər verir ki, bu barədə sənədlər bu gün plenar iclasda müzakirəyə çıxarılıb və səsvermədə qəbul olunub.
Qərara əsasən, Azərbaycan aşağıdakı ölkələrlə diplomatik və xidməti pasport sahiblərinə qarşılıqlı vizasız səfər imkanı tanıyacaq:
-Anqola Respublikası
-Bəhreyn Krallığı
-Cibuti Respublikası
-Dominikan Respublikası
-Qvineya-Bisau Respublikası
-Surinam Respublikası
Eyni zamanda, Milli Məclis Maldiv Respublikası ilə ümumvətəndaş pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv edən sazişi də müzakirəyə çıxarıb.
Bu qərar Azərbaycan və sözügedən ölkələr arasında diplomatik əlaqələrin gücləndirilməsi və səyahətlərin sadələşdirilməsi baxımından önəm daşıyır.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı