Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Siyasət 15.12.2025 14:31 56

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri vizadan qarşılıqlı azad azad edilməsi haqqında Saziş təsdiqlənib.

Az24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycan və Surinam arasında viza rejimi qismən ləğv edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Reklam