Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

İdman 13.12.2025 18:00 35

Azərbaycan boksçusu Sübhan Məmmədov dünya çempionatında qızıl medal qazanıb.

Az24.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının sonuncu günündə rinqə çıxan 48 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Sübhan Məmmədov final görüşündə Rusiya komandası təmsilçisi Edmond Xudoyanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala layiq görülüb.

Məmmədov mundialda yalnız Azərbaycanı təmsil edən yarışmacı olub və uğurlu çıxışı ilə ölkəmizə ən yüksək medal gətirib.

Bu dünya çempionatında Azərbaycan millisi ümumilikdə 11 boksçu ilə təmsil olunub. Onlardan iki idmançı — Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) — bürünc medal qazanıb.

Reklam