AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı istintaq yekunlaşır
Qazaxıstan hökuməti AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmada mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb.
Az24.az xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayev jurnalistlərə verdiyi açıqlamada bildirib ki, istintaq prosesi artıq son mərhələyə daxil olub.
Onun sözlərinə görə, istintaq iki istiqamətdə aparılır.
Birinci istiqamət – Baş Prokurorluğun cinayət işi üzrə apardığı araşdırmadır. Bu proses çərçivəsində Qazaxıstan tərəfi rusiyalı həmkarları ilə aktiv əməkdaşlıq edir.
İkinci istiqamət isə Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən texniki araşdırmadır və bu hissə artıq yekun mərhələsindədir.
Onun sözlərinə görə, hazırda texnologiya və aviasiya avadanlıqlarına lisenziya verən qurumların son rəyləri gözlənilir:
“Əslində Nəqliyyat Nazirliyi üzrə araşdırma tam başa çatdırılmağa hazırdır. Yalnız müvafiq qurumların son rəyini gözləyirik.”
Bozumbayev həmçinin qeyd edib ki, texniki araşdırmanın bu ilin sonunda və ya gələn ilin əvvəlində tamamlanacağı gözlənilir.
Baş Prokurorluğun apardığı cinayət işi üzrə də irəliləyiş olduğu bildirilir:
“Onlar rusiyalı həmkarları ilə sıx əlaqədədirlər. Qonşu ölkələrin liderlərinin verdiyi bəyanatlar da prosesin aktiv şəkildə davam etdiyini göstərir. Ümid edirik ki, gələn il bu istiqamətdəki araşdırma da yekunlaşacaq.”
Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq