Faciəli şəkildə ölən hakim şəhid qızı imiş – YENİLƏNİB
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
AZ24.az xəbər verir ki, hadisə Novxanı–Pirşağı yolunda qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub və hakim hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Prezident İlham Əliyevin sərəncamı ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, Aynur Rzayeva Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuşdu.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladıdır. Onun atası, Rzayev Tapdıq Köçəri oğlu, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahan hücumları zamanı erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib. (ajans.az)
***
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib.
AZ24.az bildirir ki, hadisə Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib. Belə ki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib./E-huquq.az
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı