AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AEM Elektron” MMC və “Foodini” MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.
Az24.az Teleqraf-a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.
Xətai Rayon Məhkəməsi “AEM Elektron” MMC-ni, Səbail Rayon Məhkəməsi isə “Foodini” MMC-ni həmin maddə ilə təqsirli bilərək cərimə qərarı qəbul etmişdi.
Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək hər iki qərarı ləğv edib.
Qeyd olunub ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.
Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı