Aygün Kazımova ad günündə rekord məbləğ topladı

Aygün Kazımova ad günündə rekord məbləğ topladı

Şou 28.01.2026 10:54 148

Yanvarın 26-da Xalq artisti Aygün Kazımovanın təntənəli ad günü gecəsi baş tutub.

Az24.az-ın məlumatına görə, paytaxtın ən dəbdəbəli məkanlarından birində keçirilən tədbirdə şou-biznesin və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Gecə ilə bağlı ən çox diqqət çəkən məqam isə təqdim olunan hədiyyələrin ümumi dəyəri olub. Aygün Kazımovanın ad günü münasibətilə, hədiyyələr də nəzərə alınmaqla, 450 min manatdan artıq məbləğ toplandığı bildirilir. Bu rəqəm yerli şou-biznes tarixində rekord göstərici kimi dəyərləndirilir.

Xatırladaq ki, bundan əvvəl müğənni Şəbnəm Tovuzlunun ad günü mərasimində yığılan hədiyyələrin məbləği 173 min manat olmuşdu.

Dəniz

Reklam