Ayda 16 manat ödəyəcək “işləyən işsizlər” necə müəyyənləşəcək?
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Bu məbləğ aylıq 16 manatdır. Bununla bağlı qanun layihəsi artıq birinci oxunuşdan keçib. Ancaq qanun layihəsi çoxsaylı suallar doğurur: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimlərdir?
Az24.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qeyri-formal işləyənlər faktiki olaraq heç yerdə rəsmi işi olmayanlardır və onları təsbit etmək çox çətindir.
“Ona görə də hüquqi və iqtisadi nöqteyi-nəzərdən bu təsnifat və tanıtım özü problematikdir. Bir insanın ola bilər ki, rəsmi iş yeri yoxdur, ancaq hardasa ofisiant və ya kuryer işləyir. Bu, necə təsbit olunacaq? Qanunlar ümumiyyətlə qeyri-müəyyən yazıla bilməz, burada isə qeyri-müəyyənlik var. Bunu təsbit edən və nəzarət edən qurumlar kimlər olacaq, formulu necə olacaq? Təəssüf ki, rəsmi qurumlardan bununla bağlı açıqlama verilməyib”, – ekspert vurğulayıb.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR