“Avropa bizimlə döyüşmək istəsə, biz buna dərhal hazırıq” – Putin
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ilə müharibə etmək planlarının olmadığını açıqlayıb.
AZ24.az xəbər verir ki, o, bu barədə VTB-nin “Rusiya çağırır!” forumundan sonra keçirilən brifinqdə danışıb.
Putin bildirib ki, Moskva dəfələrlə münaqişə istəmədiyini bəyan edib:
“Biz Avropa ilə müharibə etmək istəmirik, bunu yüz dəfə demişəm. Amma, əgər Avropa bizimlə döyüşmək istəsə və başlasa, biz buna dərhal hazırıq. Burada heç bir şübhə ola bilməz. Avropa ölkələri hərbi əməliyyatlara başlasa, Moskvanın danışıqlar aparacağı tərəf qalmaya bilər. Rusiya Avropanı özündən uzaqlaşdırmayıb və qapıları bağlamayıb”.
Qeyd edək ki, yaxın dəqiqələrdə Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında növbəti görüş keçiriləcək. (qafqazinfo)
Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”