Ata uşaqlarını nənəsigilə getdiyi üçün vəhşicəsinə döydü – VİDEO
Türkiyədə baş verən ürəkparçalayan hadisə həm sosial şəbəkələrdə, həm də hüquq ictimaiyyətində ciddi qəzəbə səbəb olub.
Az24.az xəbər verir ki, Murat M. adlı ata 4 azyaşlı övladını kəmərlə döyərək işgəncə verdiyi anları mobil telefonla çəkib və bu görüntüləri qaynına göndərib. Çəkilişdə uşaqların qorxu dolu çığırtıları və yaşadıqları dəhşət açıq şəkildə eşidilir.
Məlumata görə, ata övladlarının qayınanası və qaynının evində olduğunu öyrəndikdən sonra əsəbiləşərək onları cəzalandırmaq üçün vəhşicəsinə döyüb. Görüntülərdə Murat M.-nin kəmərlə biri oğlan olmaqla 4 azyaşlı uşağı döydüyü əks olunub. Uşaqlar isə qorxu və ağrı içində hönkürərək ataya yalvarırlar.
Ailə vəkili görüntüləri dərhal dəlil kimi prokurorluğa təqdim edib və atadan şikayət edib.
Prokurorluq uşaqların həyatının və psixoloji durumunun ciddi təhlükədə olduğunu nəzərə alaraq hərəkətə keçib və uşaqlar dövlət himayəsinə götürülüb.
Görüntüləri təqdim edirik:
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO