Astarada mikroavtobus aşdı: ölən və yaralananlar var – FOTO

Astarada mikroavtobus aşdı: ölən və yaralananlar var – FOTO

Hadisə 03.01.2026 18:42 67

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılaraq aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən xəsarət alan və həyatını itirənlərin olduğu bildirilir.

Qeyd edək ki, yaralılar dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla araşdırma aparılır.

Reklam