Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir – Yayılan məlumatlar təkzib olundu – YENİLƏNİB
Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir.
AZ24.az xəbər verir ki, “Teleqraf”ın Cənub Bürosu xəbər verir ki, Astarada itkin düşmüş hesab edilən balıqçıların tapılmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, 9 dekabr səhər saat 8-dən itkin düşmüş hesab olunan Turan və Ağadədə Həsənovların tapılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Ağadədə Həsənovun əmisi Sübhan Həsənov məlumat verib. O bildirib ki, axşam saatlarında bəzi sosial şəbəkə səhifələrində balıqçıların tapılması barədə yanlış xəbərlər yayılıb. Onun sözlərinə görə, ailənin balıqçılar barədə heç bir məlumatı yoxdur və bu cür xəbərləri yayanların məqsədi axtarışların dayandırılmasına nail olmaqdır. Əlavə edib ki, aidiyyəti qurumların nümayəndələri az əvvəl ailə üzvləri ilə görüşüblər və onlardan axtarışların dayandırılmaması xahiş olunub.
Sübhan Həsənov bir daha dövlət qurumlarına müraciət edərək bildirib ki, qonşu ölkələrlə əlaqələr qurulmalı, balıqçıların tapılması istiqamətində işlər geniş şəkildə davam etdirilməlidir. O, həmçinin yanlış məlumat yayanlara çağırış edərək qeyd edib ki, xəbərlər yalnız rəsmi qurumlardan və ya ailə üzvlərindən dəqiqləşdirildikdən sonra paylaşılmalıdır və ictimaiyyət çaşdırılmamalıdır.
Hazırda itkin düşmüş balıqçıların tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***
Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb.
AZ24.az “Unikal”a istinadən xəbər verir ki, balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı