Asena İbrahim Tatlıseslə barışmaq üçün bu qədər pul alıb

Asena İbrahim Tatlıseslə barışmaq üçün bu qədər pul alıb

Şou 06.01.2026 13:41 90

Uzun müddətdir aralarında yaşanan gərginlik səbəbindən eyni məkanda görünməyən Asena və İbrahim Tatlıses Yeni il münasibətilə yayımlanan “İbo Şou” proqramında barışıblar.

Az24.az xəbər verir ki, canlı yayımda baş tutan görüş zamanı hər iki tərəfin duyğulandığı və göz yaşlarını saxlaya bilmədiyi diqqət çəkib.

Görüşün yaratdığı əks-səda davam edərkən, Asenanın 25 ildən sonra Tatlısesin proqramına çıxması qarşılığında 2 milyon TL aldığı iddiaları gündəmə gəldi. Bu məsələ sosial mediada da geniş müzakirə olunmağa başladı.

Proqram zamanı Bülent Ersoyun “Polat Yağcı Asenanı necə razı saldı?” sözlərindən sonra Yıldız Tilbenin əl hərəkəti diqqət çəkdi. Tilbenin Asenanı işarə edərək pul işarəsi göstərdiyi və “iki qat qiymətə, 2 milyon liraya” dediyi anlar efirdə yayımlandı.

Yıldız Tilbenin bu çıxışı qısa müddətdə sosial şəbəkələrdə viral oldu, izləyicilər həmin anlarla bağlı çoxsaylı şərhlər yazdılar. Müzakirələrin mərkəzində isə Asenanın proqrama qatılması üçün danışılan qonorar məbləği yer aldı.

Dəniz

Reklam