Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu

Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu

Hadisə 26.11.2025 11:28 2

Noyabrın 24-də Bakının Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək Azərbaycandan qaçan şəxs saxlanılıb.

Bu barədə Az24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Reklam