Arda Gülərin paylaşımı sosial şəbəkələrdə gündəm oldu – Haaland və Kurtuadan reaksiya
“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər sosial şəbəkə paylaşımı ilə qısa müddətdə gündəmə gəlib.
AZ24.az xəbər verir ki, gənc futbolçu UEFA Çempionlar Liqasında “Real Madrid”in “Mançester Siti” ilə keçirdiyi oyundan bir görüntünü paylaşıb. Sözügedən paylaşım sosial mediada geniş müzakirələrə səbəb olub və qısa zamanda viral xarakter alıb.
Paylaşılan fotoda künc zərbəsi zamanı Arda Gülərin “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı müdafiə etdiyi an əks olunub. Həmin kadrda komanda yoldaşı Tibo Kurtuanın da görüntüsü diqqət çəkib.
Arda Gülərin paylaşımına Erlinq Haaland və Tibo Kurtua tərəfindən verilən reaksiyalar isə diqqətdən yayınmayıb. Ulduz futbolçular arasındakı bu qarşılıqlı ünsiyyət paylaşımın daha da çox müzakirə olunmasına səbəb olub.

Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi