“Araz-Naxçıvan” “Şamaxı”nı məğlub etdi

“Araz-Naxçıvan” “Şamaxı”nı məğlub etdi

İdman 21.12.2025 19:56 44

Azərbaycan Premyer Liqasında XVI turun qarşılaşmaları davam edir.

AZ24.az xəbər verir ki, turun üçüncü oyun gününün son matçında “Araz-Naxçıvan” öz meydanında “Şamaxı”nı qəbul edib. Fərid Hacıyevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib.

Naxçıvan təmsilçisi oyunu inamlı qələbə ilə başa vurub. “Araz-Naxçıvan”ın heyətində hesabı 54-cü dəqiqədə Patrik Andrade açıb. Görüşün sonlarına yaxın Çarlz Boli (87) fərqi iki topa çatdıraraq yekun nəticəni müəyyənləşdirib – 2:0.

Reklam