Aparıcı efirdə kişilərdən bahalı hədiyyələr istədi – VİDEO

Aparıcı efirdə kişilərdən bahalı hədiyyələr istədi – VİDEO

Şou 12.01.2026 10:55 25

Kanal S TV-də yayımlanan “Aysu ilə Şou” verilişinin aparıcısı Aysunun fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Az24.az xəbər verir ki, aparıcı kişilərdən kiçik hədiyyələri qəbul etmədiyini açıqlayıb :

“Kişi mənə elə hədiyyə almalıdır ki, mənim onu almağa gücüm çatmasın. Kiçik hədiyyələri qəbul etmirəm. Əgər mən özümə o hədiyyəni ala bilirəmsə, onun hədiyyəsi nəyimə lazım? Həmin hədiyyənin həm maddi dəyəri ağır olmalıır, həm də özü. Gül hədiyyəsi isə mənə çatmır ,onu xanım da xanıma alır.”

İzləyicilər aparıcının bu fikirlərini tənqid edib. Onlar “Özünə Həci axtarır”, “Daha de ki, ev, maşın istəyirəm” kimi şərhlər yazıblar.

Dəniz

Reklam