Ankara yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı MARAQLI DETAL
Ankara yaxınlığında Liviya ordu rəhbərliyini daşıyan və qəzaya uğrayan “Falcon 50” təyyarəsi ilə bağlı maraqlı məlumat yayılıb.
Az24.az xəbər verir ki, təyyarə biznes-klass uçuşları da daxil olmaqla, çarter xidmətləri göstərən Maltada qeydiyyatdan keçmiş aviaşirkətə məxsus olub.
Avropa İttifaqında aviasiya dairələrindəki mənbənin TASS-a dediyinə görə, qəzaya uğrayan “Falcon 50” ilk uçuşunu 1988-ci ildə həyata keçirib, Malta aviaşirkəti tərəfindən idarə olunub və biznes aviasiyasının çarter marşrutlarında istifadə olunub. Həmçinin qeyd edilib ki, təyyarə 2022-ci ilin yayında tam texniki xidmətdən keçib.
Mənbənin sözlərinə görə, təyyarə demək olar ki, hər gün Aİ daxilində, eləcə də Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar həyata keçirirdi. (Musavat.com)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO