Android istifadəçiləri üçün təhlükəli tətbiqlər – DƏRHAL SİLİN
Android əməliyyat sistemindən istifadə edənlər üçün təhlükəsizliklə bağlı növbəti xəbərdarlıq edilib. Mütəxəssislər bəzi tətbiqlərin istifadəçilərin şəxsi məlumatlarını ələ keçirdiyini, bank hesabları və sosial şəbəkələr üçün ciddi risk yaratdığını bildirirlər.
Təhlükəsizlik araşdırmalarına görə, zərərli tətbiqlər əsasən telefonlara oyun, fənər, foto redaktə proqramı, fayl meneceri və ya “sürət artırıcı” adı altında yüklənir. Bu tətbiqlər istifadəçidən lazımsız icazələr tələb edir və arxa planda işləyərək məlumatları üçüncü tərəflərə ötürür.
Xüsusilə mesajlara, kontaktlara, zəng tarixçəsinə və bank tətbiqlərinə giriş imkanı istəyən proqramlar təhlükəli hesab olunur. Bəzi hallarda bu tətbiqlər reklamlara nəzarətsiz şəkildə yönləndirmə edir, telefonun batareyasını sürətlə boşaldır və cihazın işini ləngidir.
Mütəxəssislər istifadəçilərə rəsmi mənbə olmayan tətbiqləri yükləməməyi, “Play Store”da belə olsa tətbiqin rəylərini və yüklənmə sayını diqqətlə yoxlamağı tövsiyə edirlər. Eyni zamanda telefonlarda antivirus proqramının aktiv saxlanılması və şübhəli tətbiqlərin dərhal silinməsi vacib sayılır.
Qeyd olunur ki, telefonun öz-özünə qızması, sürətlə enerji itirməsi, ekranda tez-tez reklamların çıxması və internet trafikinin artması təhlükəli tətbiqlərin mövcudluğuna işarə ola bilər. Bu hallarla rastlaşan istifadəçilərə dərhal tədbir görmək tövsiyə olunur.
Mütəxəssislər bir daha xatırladırlar ki, şəxsi məlumatların qorunması üçün istifadəçilər yalnız etibarlı mənbələrə güvənməli və telefon təhlükəsizliyinə laqeyd yanaşmamalıdırlar.
Altay
Reklam
Oxşar xəbərlər
Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
Kompüterlərdə mavi ekran xətası nədən xəbər verir?
Wi-Fi zəifdirsə bunları edin – Sürət dərhal ARTACAQ
“Deepfake” videoları necə tanımaq olar? – Bunlara DİQQƏT EDİN
Süni intellekt zehnimizdəki məlumatları mətnə çevirə biləcək
“Google”un yeni modeli “ChatGPT”yə rəqib ola bilər