Anam deyir ki, “petruşka” kimi geyinmə – Samir ailəsindən danışdı – VİDEO

Anam deyir ki, “petruşka” kimi geyinmə – Samir ailəsindən danışdı – VİDEO

Şou 28.12.2025 10:45 114

Müğənni Samir Bağırov Ülvira Qarayevanın verilişində ailəsi haqqında danışıb.

Az24.az xəbər verir ki, Samir Bağırov anasının ukraynalı, atasının tatar olduğunu deyib:

“Anam uzun illərdir ABŞ-da yaşayır. 10 ildən çoxdur onunla görüşmürəm. Hər gün görüntülü danışırıq. Anam mənim birinci fanatımdır. Mənə məsləhətlər verir – bunu geyin, onu geyinmə deyir. Daha çox ciddi geyinməyimi istəyir. Sərbəst geyimdə olmağımı sevmir. Deyir “petruşka” kimi geyinmə”.

Müğənni bildirib ki, bir neçə dəfə ABŞ-a getmək istəsə də alınmayıb: “Amerikaya getsəm, orada qalmağa məcbur edəcəklər. Çox səbəbdən getmədim, alınmadı. Amma mütləq getməliyəm”.

Atası ilə münasibətlərindən danışan müğənni deyib ki, onunla münasibəti yaxşıdır: “Anamla ayrılanda bir müddət atamla küsülü oldum. Anam şərt qoydu ki, məni sevirsinizsə, onla münasibətləri kəsin. Bir müddət keçdi, kini soyudu, barışdıq. Atamın yoldaşı ilə də yaxşı münasibətim var. Bacım da Hollandiyada yaşayır. Ona görə deyirəm ki, mən dünya vətəndaşıyam”.

Dəniz

Reklam