Almaniyada məktəblilər əsgər getmək istəmir – Etirazlar başladı
Almaniyanın bir sıra şəhərlərində məktəblilər ölkədə hərbi çağırış qaydalarının sərtləşdirilməsinə etiraz olaraq aksiya keçirib.
Az24.az Modern.az-a istinadla xəbər verir ki, nümayişlər həm Berlin, Drezden, Leypsiq kimi böyük şəhərlərdə, həm də kiçik yaşayış məntəqələrində keçirilib.
Aksiya təşkilatçıları bildiriblər ki, ümumilikdə etirazların ölkənin 90 şəhərində təşkili planlaşdırılıb.
Etirazlar dərs saatlarına təsadüf etdiyindən bir çox şagirdlər aksiyaya qoşulmaq üçün son bir-iki dərsi buraxıblar. Ümumilikdə yüzlərlə məktəbli etirazlara qatılıb, Berlin isə iştirakçı sayına görə xüsusi seçilib, burada nümayişçilərin sayı 3 min nəfəri keçib. Aksiyada aşağı sinif şagirdləri ilə yanaşı, kiçik uşaqları olan valideynlər də iştirak ediblər.
Nümayişlər Bundestaqın həmin gün çağırış sisteminə dair islahatları təsdiqləməsi fonunda baş verib. Yeni qaydalara əsasən, Almaniyada gənclər 18 yaşına çatdıqdan sonra məcburi tibbi müayinədən keçməlidirlər.
Hərbi xidmətin özü könüllü olaraq qalır; lakin əsgər çatışmazlığı yaranacağı təqdirdə, Bundestaq qərar qəbul edərsə, vətəndaşlar püşkatma yolu ilə xidmətə çağırıla bilərlər.
Aksiyaya çıxan məktəblilər məhz bu mexanizmin gələcəkdə məcburi çağırışa çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”