Alma sirkəsinin MÖCÜZƏVİ FAYDALARI

Alma sirkəsinin MÖCÜZƏVİ FAYDALARI

Sağlamlıq 17.11.2025 11:14 18

Alma sirkəsi son illər həm qidalanmada, həm də təbii müalicə vasitəsi kimi geniş istifadə olunur.

Az24.az xəbər verir ki, tədqiqatlar onun sağlamlığa bir sıra müsbət təsirlər göstərdiyini ortaya qoyur.

Qan şəkərini tənzimləyir
Alma sirkəsi karbohidratların parçalanmasını yavaşladır, şəkərin qana daha tədricən keçməsinə kömək edir. Bu xüsusiyyət xüsusilə 2-ci tip diabeti olan şəxslər üçün faydalı hesab olunur.

Xolesterini aşağı sala bilər
Araşdırmalar alma sirkəsinin ümumi xolesterin və trigliserid səviyyələrini müəyyən qədər azaltmağa kömək etdiyini göstərir. Bu da ürək-damar sağlamlığını dəstəkləyən amillərdən biridir.

Arıqlamaya dəstək olur
Sirkə toxluq hissini artırır və aclığın daha gec yaranmasına səbəb olur. Bununla gündəlik kalori qəbulu azalır və çəkiyə nəzarət asanlaşır.

Həzmə kömək edir
Sirkə mədənin turşuluğunu tənzimləyərək həzmi yaxşılaşdıra bilər. Xüsusilə yeməkdən əvvəl az miqdarda qəbul edildikdə faydası daha çox olur.

Antibakterial təsir göstərir
Alma sirkəsi zərərli bakteriyaların çoxalmasının qarşısını almağı bacarır və təbii dezinfeksiyaedici kimi tanınır.

Xəbərdarlıq

Alma sirkəsi yüksək asidikdir, su ilə qarışdırılmadan içmək diş minasını zəiflədə və boğazı qıcıqlandıra bilər.

Mədə xəstəlikləri (qastrit, reflü və s.) olan şəxslər həkim məsləhəti olmadan istifadə etməməlidirlər.

Hər gün içmək istəyənlər onu 1 stəkan suya 1 xörək qaşığı əlavə etməklə qəbul etməlidir.

Reklam