Aliment ödəməmək üçün hər il adını dəyişdi
Rusiyanın Tümen şəhərində yaşayan bir kişi illərlə alimentən yayınmaq məqsədilə hər il adını, soyadını və atasının adını tamamilə dəyişdirib.
Az24-az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə alimentin yığılması üzrə məsul Məhkəmə İcraçıları Xidmətinin rəhbəri Roman Korenev məlumat verib.
Korenevin sözlərinə görə, şəxsin taktikası belə olub: adını dəyişdikdən sonra yenidən köhnə adına qayıdır və prosesi təkrarlayırmış — məqsədi borcun “sıfırlanması” imiş. Lakin plan işə yaramayıb.
Korenev bildirib ki, ad dəyişikliyi barədə bütün məlumatlar qeydiyyat orqanları tərəfindən məhkəmə icraçılarına ötürülür və bu səbəbdən borclunun belə üsulla aliment ödəməkdən yayınması mümkün deyil.
Həmin şəxsin bu üsulla nə qədər müddət gizləndiyi açıqlanmır, amma bütün cəhdlərinin nəticəsiz qaldığı bildirilib.
Dəniz
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir