Aleyna Tilkinin narkotik test nəticələri müsbət çıxdı

Aleyna Tilkinin narkotik test nəticələri müsbət çıxdı

Dünya 08.01.2026 15:34 13

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik araşdırması çərçivəsində müğənni Aleyna Tilki ilə bağlı ekspertiza rəyinin nəticələri açıqlanıb.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertiza zamanı götürülən nümunələrdə narkotik maddə istifadəsinə dair izlər aşkar edilib.

Məlumata görə, sözügedən istintaq çərçivəsində keçirilən son əməliyyat zamanı 26 nəfər saxlanılıb. Onlardan 19-u barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Reklam