Alena Boz serialdan qovuldu – FOTO

Alena Boz serialdan qovuldu – FOTO

Şou 27.11.2025 16:40 30

NOW kanalında yayımlanması planlaşdırılan “Doc” serialı ilə bağlı gözlənilməz dəyişiklik baş verib.

Az24.az xəbər verir ki, İtaliyanın məşhur Doc serialının Türkiyə adaptasiyasında baş rol üçün Alina Bozla razılaşma əldə olunmuşdu. Aktrisa müqavilə imzalamış, sosial mediada layihədə yer alacağını elan etmişdi. Lakin aktrisa heç gözləmədiyi halda serialdan çıxarılıb.

Alina Boz bu xəbəri həyat yoldaşı ilə tətildən qayıdarkən təyyarədə olduğu zaman sosial mediadan öyrənib. Aktrisanın məsələ ilə bağlı məhkəməyə müraciət etməsi gündəmdədir.

Alina Bozun əvəzinə “Kızılcık Şerbeti” serialından ayrılan Sıla Türkoğlunun baş rola gətiriləcəyi iddia olunur.

Məlumata görə, seriala rejissorluq edəcək Ketche Sıla Türkoğlunu layihəyə cəlb etmək üçün danışıqlar aparır.

Serialın heyəti ilə bağlı rəsmi açıqlama isə hələ verilməyib.

Reklam