Ağadadaş Ağayev “balta” ilə bağlı suala ƏSƏBİLƏŞDİ: Sizin sualınız paza bənzəyir

Ağadadaş Ağayev “balta” ilə bağlı suala ƏSƏBİLƏŞDİ: Sizin sualınız paza bənzəyir

Şou 11.01.2026 15:47 48

Xalq artisti Ağadadaş Ağayev RTV-də yayımlanan “Çərçivədən kənar” verilişindəki açıqlaması ilə gündəmə gəlib.

Az24.az xəbər verir ki, aparıcının ona “MedEra” hospitalında baş verən məşhur balta hadisəsi ilə bağlı sual verməsi müğənninin narazılığına səbəb olub.

“Balta ilə odunu yarmaq üçün pazdan istifadə olunur. Sizin suallarınız o paza oxşadı.”

Aparıcı isə öz növbəsində”O baltanı mən atamamışam, siz atmısız”, – deyə cavab verib.

“İndi Ağadadaş Ağayevləri, Alim Qasımovları, Rasim Balayevləri, Ramiz Rövşənləri, bir sözlə qiymətli insanlarımızı dəyərsizləşdirmək istəyirlər. Belə gözəl xanımın balta ilə nə işi var? Mənim qapıma gəldi, təxribat etdi. Mən də ona balta atdım. Bir haisə idi gəldi başıma.O hadisə mənim həyatımda imtahanlarımdan biri idi”.

Aparıcı vurğulayıb ki, müsahibə zamanı bu hadisə ilə bağlı sual verməsəydi, şərhlərdə hər kəs bununla bağlı ona irad bildirəcəkdi.

Xatırladaq ki, 2024-cü il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.

Dəniz

Reklam