“AFEN PLAZA” 8 il əvvəl noyabr ayında və indi – FOTO
Bakıda partlayış baş verən “AFEN PLAZA” biznes mərkəzində 8 il əvvəl də oxşar hadisə yaşanıb.
Az24.az “Yeni Sabah”a istinadən xəbər verir ki, 2017-ci il noyabrın 10-da biznes mərkəzinin dam örtüyü yanıb.
Həmin vaxt da hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub, binadakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb.
FHN-nin həmin vaxt yaydığı məlumatda deyilir: “Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub”.


Reklam
Oxşar xəbərlər
ATV-yə BU KADRLARA görə xəbərdarlıq edildi – VİDEO
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?