Aeroportda 11 kq qızıl, 3 karatlıq brilyant saxlanıldı – FOTO
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dəfələrlə qiymətli metal və daşların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin aşkarlanmasına və bu əməlləri törədən şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə baxmayaraq hələ də bəzi şəxslər tərəfindən bu cür əməllərə yol verilir.
Az24.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat-axtarış tədbirləri əsasında xüsusilə külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla keçirilməsinə cəhd halının qarşısı alınıb.
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının “Terminal 1”- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinin yoxlayarkən çamadanda gömrük orqanına bəyan edilməyən, 2 milyon 440 min 344 manat dəyərində – 10 kiloqram 883,82 qram qızıl məmulatları və 0,60 qram çəkidə 3 karatlıq brilyant qaş aşkar olunub.
Faktla bağlı DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunan qızıl məmulatları, izi azdırmaq məqsədilə Dubaydan İstanbula, oradan isə digər şəxs tərəfindən Bakıya gətirilib.
Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı