Adnan Əhmədzadə həbsdən azad oluna bilər

Adnan Əhmədzadə həbsdən azad oluna bilər

Cəmiyyət 18.12.2025 22:00 44

Azərbaycanın tanınmış iş adamı, SOCAR-ın İnvestisiya departamentinin keçmiş rəis müavini Adnan Əhmədzadənin yaxın vaxtlarda həbsdən azad edilə biləcəyi ilə bağlı rəsmi olmayan mənbələrdən məlumat əldə edilib.

Həmin məlumata görə, məsələ ilə bağlı hazırda hüquqi və siyasi müstəvidə son qiymətləndirmələr aparılır. Onun işi məhkəməyə getmədən, istintaq mərhələsində xətm olina bilər. A. Əhmədzadənin barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri yanvar ayında bitir.

Az24.az xəbər verir ki, Musavat.com-a çatan məlumata görə, aparılmış araşdırmaların yekun mərhələsində Adnan Əhmədzadə barəsində irəli sürülən ittihamların bir qisminin sübut bazasının zəiflədiyi, xüsusilə Azərbaycan əleyhinə mümkün sui-qəsd və təhlükəsizlik riskləri ilə bağlı ehtimalların öz təsdiqini tapmadığı qeyd olunur. Həmçinin Ramiz Mehdiyev xətti ilə mümkün əlaqələrə dair iddiaların da ayrıca araşdırıldığı, onların da özünü doğrultmadığı bildirilir.

Xatırladaq ki, Adnan Əhmədzadə 20 sentyabrda saxlanıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun həbsi ölkə gündəmini zəbt edən bir sıra səs-küylü ittihamlar fonunda baş verib.

Reklam