ABŞ Zelenskidən sülh planına təcili razılıq tələb edir

ABŞ Zelenskidən sülh planına təcili razılıq tələb edir

Dünya 13.12.2025 14:21 31

ABŞ administrasiyası Ukraynaya ərazi güzəştlərini nəzərdə tutan sülh planını qəbul etməsi üçün təzyiqlərini gücləndirib.

ABŞ-ın “Axios” nəşrinin məlumatına görə, Vaşinqton rəhbərliyi Ukrayna Prezidenti Volodimir Zelenskini Donald Trampın irəli sürdüyü sülh planını qəbul etməsi üçün ciddi şəkildə təzyiq edir. Bu planın bir hissəsi kimi Kiyev tərəfindən böyük ərazi itkilərinə razılıq verilməsi tələb olunur və bu, Ukrayna üçün həssas və mübahisəli mövzu olaraq qalır.

Nəşr bildirir ki, Stiv Uitkoff və Cared Kuşner kimi ABŞ nümayəndələrinin Avropada Zelenski, eləcə də Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə plan ətrafında görüşlər planlaşdırılır. Bu diplomatik səylər çərçivəsində ABŞ Zelenskidən razılaşma üçün “hə” cavabı almağa çalışır.

Eyni zamanda bir sıra Avropa liderləri isə Ukraynaya hər hansı ərazi güzəştlərini tez bir zamanda qəbul etməmək barədə xəbərdarlıq edərək, belə bir addımın ölkənin daxili siyasi sabitliyinə və uzunmüddətli təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.

Rəsmi Kiyev ABŞ-ın təkliflərini hələ də tam şəkildə qəbul etmir və müzakirələr davam edir.

Dəniz

Reklam