ABŞ-ın təhlükəsizlik strategiyası açıqlandı

ABŞ-ın təhlükəsizlik strategiyası açıqlandı

Dünya 07.12.2025 14:54 26

Tramp administrasiyası yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb.

Az24.az xəbər verir ki, sənəddə “dünya nizamının ABŞ tərəfindən ayaqda saxlandığı dövrün geridə qaldığı” ifadələri yer alır. Vaşinqtonun bundan sonra “şahin olmadan güclü, göyərçin olmadan ölçülü” xarici siyasət yürüdəcəyi vurğulanır. Bu yanaşmanın isə ənənəvi ideologiyalardan çox “Əvvəlcə Amerika” anlayışına əsaslandığı qeyd edilir.

Strateji sənəd Avropa hökumətlərinə qarşı sərt tənqidlər də ehtiva edir. ABŞ administrasiyası Avropadakı bəzi hökumətləri demokratik prosesləri dağıtmaqda ittiham edir; Avropa İttifaqı başda olmaqla fövqəlmilli və çox tərəfli qurumların siyasi azadlıq və suverenliyi baltaladığı iddia olunur.

Sənəddə həmçinin mövcud siyasətlərin davam etməsi halında Avropanın 20 il və ya daha qısa müddətdə tanınmaz hala gələ biləcəyi xəbərdarlığı edilir. İqtisadi geriləmənin isə “mədəniyyətin silinməsi kimi daha dramatik bir ssenarinin kölgəsində qaldığı” bildirilir.

Strateji sənəddən kənar olaraq, ABŞ administrasiyasının Avropa ölkələrinə mühüm bir mesaj daha verdiyi bildirilir. Vaşinqtonun 2027-ci ilə qədər NATO-dakı öhdəliklərinin böyük bir hissəsini Avropaya təhvil vermək istədiyi açıqlanıb.

ABŞ rəsmilərinin Avropa ölkələrinin müdafiə qabiliyyətini gücləndirmək üçün atılan addımlardan məmnun olmadıqları qeyd edilir. Həmçinin, Avropanın 2027-ci ilə qədər alyansın konvensional müdafiə imkanlarını öz üzərinə götürəcək addımlar atmaması halında, ABŞ-ın NATO-nun müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra biləcəyi bildirilib.

Strateji mətnin Türkiyəyə aid hissəsində qeyd olunur ki, Suriya hələ də potensial problem olaraq qalır. Lakin Suriya ərəb ölkələri, İsrail və Türkiyənin dəstəyi ilə sabitlik qazana bilər və bununla da bölgədə ayrılmaz və müsbət aktor kimi layiq olduğu mövqeyi yenidən əldə edə bilər.

Dəniz

Reklam