ABŞ-ı dəstəkləyənlər həbs olunacaq – Delsi Rodrigez QƏRAR VERDİ
ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatdan sonra müvəqqəti prezident səlahiyyətlərini icra etməyə başlayan Delsi Rodrigez ilk rəsmi qərarını verib.
Az24.az xəbər verir ki, “Xarici Təhdid Vəziyyəti” adlı fərmanla ABŞ müdaxiləsini açıq şəkildə dəstəkləyən və ya təşviq edən şəxslərin saxlanılması və məhkəmə məsuliyyətinə cəlb olunması tapşırılıb.
Fərman milli, regional və bələdiyyə səviyyəsində fəaliyyət göstərən bütün hüquq-mühafizə qurumlarına geniş səlahiyyətlər tanıyır. Polis orqanlarına ABŞ-ın hərbi addımlarını dəstəkləyən şəxslərin müəyyən edilməsi, saxlanılması və barələrində hüquqi tədbirlərin görülməsi göstərişi verilib.
Rəsmi açıqlamada bildirilir ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində qüvvədə olacaq və zərurət yaranarsa, eyni müddətə uzadıla bilər. Fərman 1999-cu il Konstitusiyasında milli təhlükəsizliyə ciddi təhdid hallarında dövlət başçısına fövqəladə səlahiyyətlər verən müddəa əsasında qəbul edilib və bu maddənin ilk tətbiqi kimi qiymətləndirilir.
Delsi Rodrigez andiçmə mərasimindən öncə fərmanı təsdiqləməklə ölkədə rəsmi olaraq fövqəladə vəziyyət elan edib. Sənəddə ABŞ-ın Venesuela ərazisinə qarşı silahlı müdaxiləsini dəstəkləyən hərəkətlərin milli təhlükəsizlik üçün ciddi risk yaratdığı xüsusi vurğulanır.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO