ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR

ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR

Dünya 11.01.2026 18:43 7

Amerika hərbçiləri Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün əməliyyat zamanı naməlum, güclü bir silahdan istifadə ediblər.

Az24.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti Venesuela liderinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadla məlumat yayıb.

“ABŞ əsgərləri venesuelalıların radar sistemlərini söndürməklə, müqavimət mərkəzlərini basmaqla və dronlarla mövqelərini atəşə tutmaqla onları asanlıqla kor edə biliblər.

Birdən bütün radar sistemlərimiz heç bir izahat olmadan qaraldı. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxsaylı dronlar oldu. Necə reaksiya verəcəyimizi bilmirdik”, – məlumatda qeyd olunub.

Onun sözlərinə görə, bundan sonra səmada Amerika xüsusi təyinatlılarını daşıyan helikopterlər peyda olub:

“Onlar odlu silahlardan daha güclü silahlarla silahlanıblar. Bir anda onlar güclü səs dalğası yaradaraq nəsə atıblar və başımın içəridən partladığını hiss etdim. Ətrafdakıların burunlarından qan açıldı və qan qusmağa başladılar. Bu, onları heç kimin ayağa qalxa bilməyəcəyi vəziyyətdə qoydu”.

Qeyd edək ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Silia Floreslə birlikdə ələ keçirilərək Nyu Yorka aparılıb. (modern.az)

Reklam