ABŞ-dan Ukrayna ilə aparılan sülh danışıqları ilə bağlı AÇIQLAMA

ABŞ-dan Ukrayna ilə aparılan sülh danışıqları ilə bağlı AÇIQLAMA

Dünya 06.12.2025 09:51 23

ABŞ Dövlət Departamenti Ukrayna nümayəndə heyəti ilə Vaşinqtonda aparılan son danışıqların konstruktiv keçdiyini açıqlayıb.

Az24.az xəbər verir ki, görüşdə ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Vitkoff və Cared Kuşner, Ukrayna tərəfdən isə MTX katibi Rustem Umerov və Baş Qərargah rəisi Andrey Qnatov iştirak edib.

Tərəflər Ukraynada ədalətli və davamlı sülhə aparan yol xəritəsini, ABŞ–Rusiya danışıqlarının nəticələrini və müharibənin dayandırılması üçün mümkün addımları müzakirə ediblər.

ABŞ və Ukrayna təhlükəsizlik təminatları üzrə ümumi çərçivə barədə razılığa gəlib.

Açıqlamada müharibənin dayandırılması ilə bağlı real irəliləyişin Rusiyanın gərginliyi azaltmaq istiqamətində ciddi siyasi iradə göstərməsindən asılı olduğu qeyd edilib.

Görüşlərdə həmçinin Ukraynanın müharibədən sonrakı bərpası, iqtisadi təşəbbüslər və uzunmüddətli inkişaf layihələri də müzakirə olunub. Tərəflər danışıqları davam etdirmək üçün növbəti görüşü sabaha planlaşdırıblar.

Dəniz

Reklam