ABŞ-dan İrana HƏMLƏ: 25 faiz gömrük vergisi tətbiq edəcək

ABŞ-dan İrana HƏMLƏ: 25 faiz gömrük vergisi tətbiq edəcək

Dünya 13.01.2026 09:00 1

İranda etirazlar 16-cı gününə qədəm qoyduğu bir vaxtda, qonşu ölkəyə müdaxilə ilə hədələyən ABŞ-dən ilk addım gəlib.

Az24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla ticarət əlaqələri olan ölkələrin ABŞ ilə apardıqları ticarətdə 25 faiz gömrük rüsumu ödəyəcəyini açıqlayıb.

Tramp məsələ ilə bağlı açıqlamanı ABŞ mərkəzli Truth Social media platformasındakı hesabında paylaşıb. O, bu qərarın dərhal qüvvəyə mindiyini və qəti və yekun xarakter daşıdığını vurğulayıb.

İranda iqtisadi problemlər səbəbilə başlayan etirazlar 16-cı gündür davam edir və ölənlərin sayı artıq qorxulu həddə çatıb.

Dəniz

Reklam