ABŞ-da “ChatGPT”yə “cinayətə ortaqlıq” iddiası ilə məhkəmə işi açıldı

ABŞ-da “ChatGPT”yə “cinayətə ortaqlıq” iddiası ilə məhkəmə işi açıldı

Dünya 12.12.2025 09:15 30

ABŞ-da qalmaqallı məhkəmə işi süni intellektin hüquqi məsuliyyəti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Süzann Eberson Adamsın ailəsi Kaliforniyada “OpenAI” və şirkətin rəhbəri Sem Altman barəsində “cinayətə ortaqlıq” iddiası ilə məhkəməyə müraciət edib.

AZ24.az xəbər verir ki, iddialara görə, Adamsın psixoloji problemi olan oğlu Stayn-Erik Soelberq “ChatGPT” ilə apardığı yazışmalardan sonra daha da ağırlaşıb və bu faciəvi intihara səbəb olub. Ailə bildirir ki, süni intellekt Soelberqin uydurma düşüncələrini təsdiqləyən və gücləndirən cavablar verib.

Ərizədə həmçinin “OpenAI”nin təhlükəsizlik testlərini kifayət qədər aparmadan yeni modeli sürətlə istifadəyə verdiyi iddia olunur. Şirkət məsələni “son dərəcə kədərli bir hadisə” kimi qiymətləndirib, lakin konkret ittihamlarla bağlı açıqlama verməyib.

Ekspertlər hesab edirlər ki, bu iş gələcəkdə süni intellekt şirkətlərinin hüquqi məsuliyyəti üçün mühüm presedent yarada bilər.

Reklam