ABŞ Azərbaycan vətəndaşlarına viza verməyəcək? – Səfirlikdən AÇIQLAMA

ABŞ Azərbaycan vətəndaşlarına viza verməyəcək? – Səfirlikdən AÇIQLAMA

Cəmiyyət 15.01.2026 15:11 4

“ABŞ-ın Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”.

Az24.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi “Facebook” hesabında paylaşım edib.

“Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarını verilməsini müvəqqəti olaraq dayandırıb. Sözügedən ölkələr siyahısında Azərbaycan da var. Qərar yanvarın 21-dən qüvvəyə minəcək.

Reklam