Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Banklardan gözlənilməz qərar
Gündəlik kifayət qədər insan kredit götürmək üçün banklara müraciət edir. Onların arasında təqaüdçülər və həssas qrupdan olan insanlar da var. Dünyanin bir çox ölkələrində həssas qrupdan olan insanlar üçün güzəştli kreditlər mümkündür.
Bəs bu mexanizmlərin ölkəmizdə tətbiqi mümkündür?
AZ24.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, ölkədə kommersiya bankları tərəfindən vətəndaşlara verilən kreditlərdə hər hansı güzəşt nəzərdə tutulmayıb:
“Bu baxımdan müqavilə şərtlərinin hər hansı formada dəyişdirilməsi, güzəştlərin verilməsi və ya ödəniş qaydalarının yenidən formalaşdırılması bankın qərarı ilə mövcud ola bilər”.
Ekspert qeyd edib ki, güzəştin tətbiq edilib-edilməməsi bankın daxili qaydalarından asılıdır. Bununla bağlı bankı məcbur eləmək qanunvericilikdə yoxdur.
Deputat Vüqar Bayramovun sözlərinə görə, kreditlər üzrə güzəştlərin tətbiq edilməməsi və ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməməsi bəzi hallarda problemli kreditlərin artmasına səbəb olur.
Reklam
Oxşar xəbərlər
Bu şəxslərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq
Alimentlə bağlı yeni norma: Maaşdan 70% tutula bilər
Rasim Balayevin səhhətində problem yarandı
Hamiləlik və doğuşla bağlı məzuniyyət müddəti artırıldı
Magistratura səviyyəsi üzrə sınaq imtahanının tarixi məlum oldu
Azərbaycanda orta aylıq maaş 9%-dən çox artıb
Bu xanıma yüksək vəzifə verildi – FOTO