Bu gündən avtobuslarla bağlı bu yenilik istifadəyə verildi
Bu gündən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut xətləri üzrə avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi aktivləşdirilib.
AZ24.az xəbər verir ki, sərnişinlərə əlavə üstünlüklər təqdim edən yeni sistem sayəsində artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır. İctimai nəqliyyat istifadəçiləri telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş edə bilirlər. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.
NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq