Bakılı milyonerin narkoman oğlunun ACI HƏYAT HEKAYƏSİ: Aya 20 min dollar xərcləyirdim

Bakılı milyonerin narkoman oğlunun ACI HƏYAT HEKAYƏSİ: Aya 20 min dollar xərcləyirdim

Cəmiyyət 16.11.2025 11:17 63

Bloger Nail Kəmərlinin verilişinin budəfəki qonağı bir vaxtlar varlı, indi isə heç nəyi olmayan 45 yaşlı Fərid olub.

Az24.az xəbər verir ki, Fərid imkanlı ailənin övladı olub.

Bir zamanlar bahalı həyat sürüb, aylıq xərcləri 20.000 dollara qədər çatıb. Lakin narkomaniyanın qurbanına çevrilib və nəticədə ailəsi hər şeyini itirib.

Fərid deyir ki, 11 yaşından nəşə çəkməyə başlayıb:

“Maşınımın rolunun içərisində 2-3 qutu nəşə olurdu. 16 yaşında heroin iynəməyə, tiryək atmağa başlamışam.

Atam zərgər olub. Günə 10 min dollar qazanırdı. Özüm də zərgərəm. 15 yaşından “Yuvilerniy zavod”da şagird kimi işə başlamışam. 16 yaşında usta kimi işləmişəm və pul qazanmağa başlamışam. Atam o zavodda rəis idi”.

Hər ayda bir təzə maşın dəyişirdim. Zavodda şagird kimi işə başlayanda atam mənə Dubaydan “CİP” almışdı. İşə onunla gedib-gəlirdim.

1990-2000-ci illərdə aya 20 min dollar xərcləyirdim. Maşınlarıma, geyimimə, yeyib-içməyimə, geyimlərimə xərclədiklərimdən danışmıram. Kasıb uşaqlarla oturub-durmaq, dostluq etmək həmişə mənə maraqlı olub. Onların valideynlərindən örnək götürmüşəm, onlarla söhbət etmişəm, mənə məsləhət verirdilər.

İndi çox peşimanam. Narkotikə görə həyatımı puç etmişəm. Oturub hönkür-hönkür ağlamışam buna görə. Kaş ki, kasıb olardım, bir tikə çörəyimi yeyərdim, bu günümə şükür edərdim”.

Ətraflı videoda:

Reklam