Vəfat edən əsgər tanınmış incəsənət xadiminin oğlu imiş

Vəfat edən əsgər tanınmış incəsənət xadiminin oğlu imiş

Cəmiyyət 18.12.2025 15:15 407

Ötən gün Gəncədə torpağa tapşırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 21 yaşlı Cəfərov Əli Vahab oğlunun atası incəsənət xadimidir.

Az24.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, beş ayın əsgəri olan Ə. Cəfərov Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərovun oğludur. Yaxınlarının sözlərinə görə, mərhum ali təhsilli olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “rejissorluq” fakultəsini bitirib.

Onu da bildirək ki, Əli Cəfərov evin tək oğlu olub.

Qeyd edək ki, pnevmaniya olan Əli Cəfərov dekabr ayının 15-də müalicə olunduğu hospitalda dünyasını dəyişib.

Reklam