Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini alqışlayıb.
Az24.az xəbər verir ki, bunu baş nazir bu gün brifinqdə deyib.
“Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarının yükləndiyi ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram”, – o bildirib.
Baş nazirin sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı və İrəvan arasında sülhün bərqərar olması sayəsində yaranıb.
“Siyasi səviyyədə də razılaşmalar var idi. İlk sövdələşmə artıq reallıqdır”, – N.Paşinyan əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan neft məhsullarının ilk partiyası Biləcəri stansiyasından Ermənistana yola salınıb. (report)
Reklam
Oxşar xəbərlər
Məhkəmədən sonra Kamran Əsədovdan İLK AÇIQLAMA
19.12.2025
20:57
Liderlər İlham Əliyevi təbrik etdi
19.12.2025
18:50
Zelenski İlham Əliyevə təşəkkür etdi
19.12.2025
13:46
Prokuror Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını istədi
18.12.2025
22:50
Prezident 3 fərman imzaladı
18.12.2025
14:03
Rəsul Quliyev Bilgəhdəki torpağını bu qiymətə satdı
18.12.2025
10:55
Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq
17.12.2025
23:38
Azərbaycanda bu dövlət qurumları BİRLƏŞDİ
17.12.2025
19:26
Murad Sultanlı saxlanıldı
17.12.2025
16:15